Bu ölkə də 4 günlük iş həftəsinə keçir

4 günlük iş həftəsinə keçid dünyada getdikcə daha çox yayılmaqdadı. İrlandiya, İspaniya və İngiltərə ilə yaanaşı daha bir neçə ölkə 4 günlük iş həftəsini sınaqdan keçirib və müsəbət nəticələr əldə edib.
“Sherg.az” “NTV com.tr”yə istinadən xəbər verir ki, indi də Almaniya bu öıkələrin sırasına qatılmağa qərar verib. Bildirilir ki, 4 günlük iş həftəsi istehsalın daha da artmasına, işçilərin əhval-ruhiyyəsinin yüksəlməsinə və işçi personal arasında etik davranışların artmasına səbəb olur. Sınaqlarda iştirak edn işçilər istirahət üçün daha çox zamanlarının olmasını yaşam məmnuniyyətini artırdığını söyləyiblər. Hələ ki heç bir ölkə tam və qəti olaraq 4 günlük iş həftəsinə keçməyib. Lakin sınaqlar davam edir. Almaniya hökuməti də ölkədə fəaliyyət göstərən şirkətlərə 21 sentyabrdan etibarən 4 günlük iş həftəsiylə bağlı 6 aylıq pilot layihdə iştirak etmək üçün müraciətlərin qəbul ediləcəyini açıqlayıb. Ölkənin əmək bazarı üzrə şirkəti “Intraprenör” və “4 Day Week Global” şirkəti pilot layihəyə başlamağa hazırlaşır. Layihəyə qatılan şirkətlərdə çalışanalrın əmək haqqı isə 5 günlük iş həftəsində olduğu kimi ödəniləcək. Şirkətlər, müəssisələr 4 günük iş həftəsi ilə bağlı planlarını, bu yeniliyi necə tətbiq edəcəkləri barədə hökumətə bildirməlidir.