5 min 300 illik cinayətin izləri

“Buz adam” kənddəki davanın qurbanı olub
  
Etsi – buz mumiyası 1991-ci ildə Alp dağlarının Etstal hissəsindəki Similaun dağlarında 3200 mert hündürlükdə aşkarlandığında kimsə onun haqqında bilgilərə sahib deyildi. Buz mumiya buzlağın əriməsi nəticəsində üzə çıxmışdı. Dünyada böyük əks-səda doğuran bu tapıntı tədqiqat predmetinə çevrildi. Mumiyanın kimə məxsusluğu, sahibinin yaşı, yaşam tərzini müəyyənləşdirmək asan olmadı. “Buz adam – Etsi” və onun vəfat səbəbi haqqında “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir. Alimlər “Buz adam”ın 5 min ildən artıq buzlaqlar arasında qaldığı fikrindədir.

 O, digər mumiyalar kimi xüsusi vasitələrlə mumiyalanmayıb, cəsəd buzlaqlar arasında qaldığından müasir dövrə qədər bütöv halda gəlib çatıb. Və qlobal iqlim dəyişikliyinin dünyaya uzaq keçmişdən bir hədiyyəsi olaraq üzə çıxıb. Qeyd edək ki, “Buz adam”ın kökünün Anadoluya bağlı olması barədə də alimlərin rəyi mövcuddur. Onun ölüm səbəbinin bilinməsi üçünsə xüsusi tədqiqat qrupu təşkil edilib. Qrupa Münhen Polis İdarəsində çalışan dedektiv Aleksandr Horn da daxil olub. A.Horn "Buz adam"ın ölüm səbəblərini müəyyənləşdirmək məqsədilə tədqiqata başlayıb. 

Tədqiqat zamanı “Buz adam” haqqında maraqlı bilgilər əldə edilib. Məlum olub ki, Etsi vəfat edərkən 45 yaşında idi. Boyu 1 metr 60 santimetr, çəkisi 50 kiloqramdı. Bədənində müxtəlif yerlərdə 61 ədəd döymə vardı. Etsi çiyninə ox batmış halda vəfat edib. Onun biləyində, əlində və bədənində bəzi yaralar da olub. Etsinin bir cinayət qurbanı olub-olmaması da müzakirə predmeti idi. 2017-ci ildə daha bir tədqiqat başlanılıb. Dedektiv A.Horn Avstriya sərhəddinə yaxın Cənubi Tirol Arxeoloji Muzeyindən dəvət alıb. Dedektiv dəvət aldığında keçirdiyi hissləri belə anladıb: 

“Düşündüm ki, bu, mənim karyeramda ən çətin mərhələdir. Ölümündən 5 min 300 il keçmiş bir adamdan söhbət gedir. Bundan əvvəl araşdırdığım məchul ölümlər 20, 30 il əvvəlkilərdi. Əvvəlcə düşündüm ki, yəqin cəsəd çox pis vəziyyətdədir. Ancaq gedib gördükdə, bir neçə il əvvəl vəfat etmiş insanların cəsədindən dəfələrlə yaxşı halda saxlandığına şahid oldum”. Polen analizləri nəticəsində “Buz adam”ın bədənindəki döymələrin bəzək deyil, müalicə məqsədilə edildiyi müəyyənləşib.

 “buz adam”ın yazın sonları, yayın əvvəlləri öldüyü, vəfatından əvvəl 3 növ yemək yediyi, uzaq məsafə qət etdiyi təsbit edilib. Ayağının baş barmağında yara izi olub. Bu yara  vəfatından 1-2 gün əvvəl əmələ gəlib. Dedektiv bu nəticəyə gəlib ki, “Buz adam” kənddə çıxan davada çiyninə ox batması səbəbindən vəfat edib. Çünki bədəndə başqa yara izləri aşkarlanmayıb. O, kiminləsə dalaşmış olsaydı, davada iştirak etmiş olsaydı, başqa yaralar da olmalıydı. Görünən budur ki, “Buz adam” müdafiə olunub, ona tərəf ox atılıb. Mümkündür ki, ox çox iti olub və adamı dərindən yaralayıb. O, qısa zamanda vəfat edib”.