HƏMAS-a əsir düşən alman turistin durumu

Anası qızının fotosunu paylaşaraq rəsmilərdən yardım istəyib

  İsraillə HƏMAS arasında başlanan qanlı müharibənin ilk günündə musiqi festivalı keçirilən yerə havadan zərbələr endirilməsi nəticəsində HƏMAS-a əsir düşən alman turistin sağ olması xəbəri yayılıb.
“Sherg.az” “NTV,com.tr”yə istinadən bildirir ki, alman turistin hava hücumu zamanı həlak olduğu zənn edilirdi. Lakin onun sağ olduğu, HƏMAS tərəfindən bir çox dinc yəhudi sakinlər kimi əsir alındığı məlum olub. Bu, alman turistin əsir alındığını göstərən videogörüntülərlə bilinib. Alman turist yük avtomobilinin arxasında, əynində iç geyim olduğu halda əsir alınıb. Alman turistin Shani Louk olduğu müəyyənləşib. Gənc qadının ayağındakı döymələrdən yaxın qohumu Tomasina Louk tanıyıb və bu barədə İngiltərə mediasına məlumat verib. Tomasina Louk “bizə yeni bir məlumat verilməyib. Ümidlə gözləyirik, yaxşı xəbər alacağımıza inanırıq. Bu saat ailəmiz bir kabusun içindədir”, deyib. Əsir alınan gənc xanımın anası da qızının fotosunu paylaşaraq rəsmilərdən yardım istəyib. İsveçrə televiziyasına müsahibə verən qadın qızının Qəzzadakı xəstəxanalardan birində müalicə olunduğu xəbərini aldığını deyib və Almaniya hökumətinə səslənərək qızının geri qaytarılması üçün hərəkətə keçmələrini xahiş edib.