NASA rədd etdi, o, dirəndi

Atasının tək sözü ilə uğur qazandı

  Kasıb ailənin övladı, yay aylarında tarlada valideynləriylə çalışan Jose Hernandez 10 yaşında olarkən həyatının qərarını verib. Xəyalına qovuşmaqda atasının bir kəlməsi ona dəstək olub.

 “Sherg.az” “milliyet.com.tr”yə istinadən astronavt Jose Hernandezin həyat hekayəsini təqdim edir. Jose 7 avqust 1962-ci ildə ABŞ-nin Kaliforniya ştatında kasıb ailədə dünyaya gəlib. 

Onun valideynləri – atası Salvador, anası Julia Meksikadan ABŞ-yə gələn köçkünlərdən idi. Jose kiçik yaşlarından qardaş-bacılarıyla birlikdə ailəsiylə tarlada köçkün əməkçi olaraq çalışlb. Tarlada çalışan Jose bu səbəbdən məktəbə vaxtlı-vaxtında gedə bilməyib, dərslərini axsadıb. İllər sonra uşaqlıq həyatını xatırlayan Jose belə deyəcəkdi: 

“başqa uşaqlar yay tətilinin gəlməsini səbirsizliklə gözləyirdilər, mən isə yay tətilinə nifrət edirdim. Yay tətili mənim üçün istirahət yox, əsl işgəncə idi. Yay tətili həftənin 7 günü tarlada çalışmaqdan ibarət idi”. Belə vəziyyətdə olan bir uşağın böyüyüb dünyanın tanıdığı astronavt olacağını təxmin etmək mümkünsüz görünə bilər, amma o, bunu bacarıb. 1972-ci ildə “Apollon 17”nin Aya enişini izləyən 10 yaşlı Jose Hernandezdə astronavt olmaq arzusu yaranıb. İzlədiklərindən heyrətə düşən və təəccüblənən Jose həyəcanını atasıyla paylaşıb. Və atasının ona söylədiyi sözlər Josenin gələcək həyatını dəyişib. Atası oğluna “hədəfini müəyyən et. Nə qədər uzaqda olduğunu bil. Bir yol xəritəsi çək. Necə edəcəyini bilmirsənsə, öyrən. Bacardığını düşündüyündə mütləq daha çox çalışmalı olacaqsan”. Jose atasının bu sözlərini unutmadı. Amma ailənin tez-tez mənzil dəyişmələri onun məktəbə davalı getməsini əngəlləyirdi. Bunu fərq edən müəllimlərdən biri ailə ilə söhbət etmək üçün onların evinə gəlib. Bu da Josenin həyatında dönüş nöqtəsi olub. Sinif müəllimi Young, ailəni ziyarət edib uşağın dərslərdən yayınmaması üçün valideynləri yola gətirməyi bacarıb. Ailə başqa əraziyə köçməkdən vaz keçib. Jose bir neçə il sonra “Franklin” liseyindən məzun olub. 1984-cü ildə Pasifik Universitetində elektrik mühəndisliyi təhsili alıb. 2 il sonra Santa-Barbaradakı Kaliforniya Universitetindən elektrik və bilgisayar mühəndisliyi üzrə ali dərəcə alıb. Şimali Kaliforniyadakı “Lawrence Livermore” Milli Laboratoriyasında çalışmağa başlayıb. Lakin buradan onu uzaqlaşdırmağa çalışıblar. Latın Amerika əsilli olduğu üçün. Ancaq işlər tam da gözlədiyi kimi getməyib. Qarşılaşdığı irqçilik ona dərin təsir edib. J.Hernandez isə xəyalından geri çəkilməyb. 15 il bu laboratoriyada işləyib. 2001-ci ildə NASA-nın Hyustondakı kosmik mərkəzində mühəndis olaraq çalışıb. Getdikcə vəzifədə irəli çəkilib. NASA-ya astronavt olmaq üçün müraciət edib. Amma hər dəfə də rədd cavabı alıb. Ailə qurduğu Adeal adlı xanım da onu ruhdan düşməyə qoymayıb. Nəhayət, 2004-cü ildə NASA tərəfindən astronavtlıq sinfinə seçilib. 2009-cu ildə isə Jose Hernandezin uşaqlıq xəyalı gerçəkləşib və o, kosmosa uçuşunu həyata keçirib. 41 yaşlı Jose Hernandez kosmosa göndərilən Latın Amerika əsilli 2 astronavtdan biridir.