Dünyanın gözü qarşısında yoldaşını alçaltdı

O, canlı yayımda ərini aldatdığını etiraf edib

  Hollivud “ulduz”u Vill Smitin 26 illik həyat yoldaşı Jada Pinkett Smit illərdir bir-birindən ayrı yaşadıqlarını etiraf edib. “Sheeg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Jada “evliliyimizi davam etdirməkdən yorulduq və bu qərarı verdik”, söyləyib. Lakin məşhur cütlüyə yaxın mənbə deyilənləri təkzib edərək Jadanın belə bir açıqlama vermədiyini bildirib. Mənbə “Jada həyat yoldaşına xəyanət etdiyini 2020-ci ildə canlı yayında etiraf etmişdi”, deyib. Qeyd edilir ki, Vill Smit ilə Jada Pinkett Smit 1994-cü ildə “The Fresh Prince of Bel-Air” dizisinin çəkilişləri zamanı tanış olublar, 1997-ci ildə isə evləniblər. Onların 2 övladı var. 2020-ci ildə Jadanın gənc müğənni August Alsina ilə münasibətləri olduğu üzə çıxıb. Cütlük bu barədə efirdə canlı yayımda danışıb. Aktyorun pərəstişkarları isə hesab edir ki, Jada öz xəyanətini canlı yayımda etiraf etməklə həyat yoldaşını alçaldıb. Bu açıqlamadan sonra Vill Smit də evlilikləri müddətində özünün də başqa xanımlarla münasibətdə olduğunu açıqlayıb və “evlilik bizim üçün həbsxana ola bilməz. Amma mən bizim seçdiyimiz yolu kimsəyə məsləhət görmürəm”, - deyib.