7 min 700 il yaşı var 

Qədim sap düzəldici daş parçası tapılıb

Bir zamanlar İzmirin Kamalpaşa bölgəsində yaşayış məskəni olmuş Ulucaqdakı arxeoloji qazıntı aparan tədqiqatçılar qədim dövrlərə aid sap – tutacaq (balta, çəkic sapı) düzəldici daş aşkar edib. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, İzmir Böyükşəhər Bələdiyyəsi, Kamalpaşa bələdiyyəsi və Kamalpaşa Sənaye Bölgəsinin dəstəyi ilə İzmirin ən qədim yaşayış məskəni sayılan Ulucaq təpəsində arxeoloji tədqiqatlara başlanılıb. Ulucaq yaşayış məskəninin 8 min 850 illik tarixə malik olduğu bildirilir. 

Qazıntılar zamanı 7 min 700 il yaşı olduğu təxmin edilən sap düzəldici daş parçası tapılıb. Trakya Universitetinin Ədəbiyyat fakültəsi Proto-tarix və Ön Asiya Arxeologiyası üzrə professoru Özləm Çevik builki qazıntılarda 3 insan fiqurunun da aşkarlandığını deyib. Professor qeyd edib ki, aşkarlanan sap düzəldici daş parçası qədim zamanlarda taxta parçalarını yuvarlaq formaya salmaq üçün istifadə edilib.

 Bu alət gildən düzəldilib. Alətdən müxtəlif ev əşyalarına tutacaq – sap düzəltmək üçün istifadə edilib, o cümlədən də məişətdə istifadə olunan iynələri bu daşla hamar hala gətiriblər. Alətin bir özəlliyi də heyvan bədəni formasında olmalıdır. Alət iribuynuzlu heyvan formasında düzəldilib. Başı və quyruğu var. Bununla da alət həm məişət əşyasıdır, həm də  rəmzi məna daşıyır.