“Daha uşaq istəmirəm!” - Hollivud “ulduzu” üsyan etdi

Hollivud “ulduzu” Alek Bolduin 8 övlad atasıdır. Məşhur aktyor sonuncu müsahibəsində “daha övlad istəmirəm. Bu qədər yetər”, deyərək çox övladlığa faktiki üsyan edib. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Alek Bolduinin həyat yoldaşı Hilaria Bolduin yoqa təlimçisidir. Onlar 2012-ci ildə ail qurublar. Lakin Alek Bolduin 1993-cü ildə Hollivudun xanım “ulduzu” Kim Besenjerlə ailə qurmuşdu və onların qız övladı dünyaya gəlmişdi. 2002-ci ildə isə onlar ayrılıblar. Və Alek ikinci dəfə ailə qurub. Bu evlilkdən aktyorun 7 övladı var. Müsahibəsində aktyor bundan artıq övlad istəmədiyini deyib. Həyat yoldaşının “artıq işini bitmiş hesab edə bilərsənmi?” sualına Hilaria “bəli, işim bitdi”, cavabını verib. Aktyorun çanaq sümüyündə problem yaranıb və həkimlər ona əməliyyat olunmağı məsləhət görüblər. Aktyor həyat yoldaşıyla birlikdə xoşbəxt ailə həyatı yaşadıqlarını, çılğın həyat tərzi keçirdiklərini, uşaqları da çox sevdiklərini söyləyib. Lakin yaş həddini əsas tutaraq “bundan sonra daha uşaq istəmirik, bəsdir”, söyləyib. Qeyd edək ki, məşhur aktyor hazırda 65 yaşındadır.