Seçkiyə 4 ay qaldı, Putin hələ namizəd deyil

Rusiya Prezidenti Vladimir Putin yeni prezidentlik müddətinə namizədliyini hələlik açıqlamayıb.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Putin hələlik bu məsələ ilə bağlı heç bir açıqlama verməyib. Seçki kampaniyasının özü isə hələ rəsmi olaraq elan olunmayıb”, - Peskov bildirib.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü ilin 17 martında keçiriləcək.