İsrail əsgərinə meydan oxumuşdu

Cəsur qızı indi evindən tutub aparıblar

Bu qız 11 yaşında qardaşını həbs edən yaraqlı-yasaqlı İsrail əsgərinə yumruq ataraq işğala və işğalçıya meydan oxumuşdu. 2011-ci ildə. O gündən Fələstininin cəsur qızı olaraq tanındı. Ahed et-Temimi, bu gün də diqqət mərkəzindədir. 

 “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, İsrail əsgərləri Fələstinin dirəniş rəmzinə çevrilmiş Ahed Temimini Ramallah şəhərində həbs edib. Ahedin anası Nəriman Temimi Ramallahın Nəbi Saleh bölgəsindəki evlərinə basqın edən İsrail əsgərlərinin qızını tutub apardıqlarını deyib. Ahedin atası da bir neçə gün əvvəl həbs edilib. Ahed Temimi bu yaşınadək 3 dəfə İsrail əsgərlərindən güllə yarası alıb. Ona dirəniş cəsarətinə görə 16 yaşında olarkən “Hanzala”  Cəsarət Mükafatı təqdim edilib.