Hər gün biri quzu, digəri mal əti yeyirdi!- 365 günə...

365 gün yalnız ətlə qidalandılar

Tədqiqatçılar insan yalnız ətlə qidalanarsa, orqanizmdə nə baş verdiyini öyrənmək istəyiblər

  Vilhjalmur Stefansson və Rudolf M. Anderson adlı iki araşdırmaçı maraqlı tədqiqata imza atmaq qərarına gəlib. Onlar tədqiqatı öz üzərlərində aparmağa qərar veriblər. Tədqiqatçılar insan yalnız ətlə qidalanarsa, orqanizmdə nə baş verdiyini öyrənmək istəyiblər. Onlardan biri quzu, digəri isə dana ətini tədqiqat materialı seçib. Qərara gəliblər ki, 1 il ərzində - 365 gün yalnız bu ətlərlə qidalansınlar. Başlarına nə gəlib, “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir. Hadisə 1920-ci ildə baş verib. Stefansson və Anderson öz üzərlərində belə bir tədqiqata başlamaqla elm aləmində yeni bir kəşfə imza atacaqlarını hədəfləyiblər. Bir il ərzində yalnız ət yeyəcək, karbohidrat, yağ, vitamin və ya mineral qəbulunu isə olduqca kiçik ölçülərdə qəbul edəcəkdilər. Tədqiqatın ilk günlərində quzu ətiylə qidalanan Stefanssonun mədəsində ağrılar baş qaldırıb. Onlar gün ərzində orta hesabla 800 qram ət yeyib, 100-140 qram protein, 200-300 qram yağ, 7-12 qram karbohidrat qəbul ediblər. Səhər yeməyində 190 qram ət, 100 qram yağ, günorta yeməyində 200 qram ət, 75 qram yağ, axşam naharında isə 200 qram ət və yenə 70 qram yağ yeyiblər. İki tədqiqatçı 1 il ərzində səhhətlərində problem yaşamayıb, əksinə, özlərini çox yaxşı, gümrah hiss ediblər. Müayinə zamanı da vitamin, kalsium əskikliyi üzə çıxmayıb. Müsbət dəyişikliklər də olub. Andersonun saçlarının tökülməsi prosesi dayanıb. Stefansson isə baş dərisindəki yaralardan qurtulduğunu deyib. Lakin orqanizmdə dəyişikliklər baş verib. Yağ miqdarı xeyli dərəcədə azalıb, nəticədə həzm sistemində problemlər yaranıb. Sonradan qidalanmaya yağ əlavə edilsə də, bu, səhhətlərindəki problemlərin qarşısını almağa kömək etməyib. Mütəxəssislər orqanizmin mütəmadi olaraq yalnız bir növ qidayla bəslənməsinin təhlükəli olduğunu bildirir. Alimlər bu fikirdədir ki, orqanizmin normal fəaliyyəti üçün bütün qidalar bərabər miqdarda qəbul edilməlidir. Protein, yağ, mineral və karbohidratlardan tamamilə imtina etmək həyat üçün təhlükəlidir.