Sözün bitdiyi yer…Körpələr küvəzlərin içində ölür

İsrail ordusuyla Həmas qruplaşması arasın da davame dən qanlı toqquşmaların dəhşətli nəticəsi Qəzzadakı xəstəxanalarda daha aydın hiss olunur. Xəstəxanalar elektrik enerjisinin kəsilməsi, yanacaq qıtlığı səbəbindən xidmət göstərə bilmir. Təhlükə körpələrin həyatını tam mənasıyla məhv edir. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Qəzzadakı Şəfa xəstəxanasında erkən doğum səbəbindən küvəzə qoyulmuş 2 körpə süni nəfəs aparatı işləmədiyi üçün həyatını itirib. 36 körpənin həyatı isə hazırda təhlükə altındadır.

 Xəstəxananın reanimasiya şöbəsində cihazlara bağlı 4 xəstə məhz cihazlar çalışmadığından vəfat edib. Tibbi personal xəstələrə  süni nəfəs verərək yaşatmağa çalışır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Qəzzadakı 36 xəstəxanadan 20-si mövcud vəziyyətdə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Və ÜST bundan dərin narahatlığını bildirib. Xəstəxana rəhbərliyi isə Beynəlxalq Qırmızı Xaç Komitəsinə durum haqqında məlumat verib, körpələrin, ağır vəziyyətdə olan xəstələrin daha güvənli bir yerə təxliyə edilmıəsi üçün yardım istəyib. BMT-nin humanitar yardım məsələləri üzrə məsul işçisi Martin Griffiths sosial mediadan “qorxunc xəbərlər” aldıqlarını bildirərək “səhiyyə müsəssisələrində elektriksiz, qidasız və susuz qalan xəstələrə, mülki əhaliyə atəş açılmasına heç kim haqq qazandıra bilməz. Xəstəxanalar savaş məkanı deyil, insanların sığına biləcəkləri yer olmalıdır ”, qeydini edib. İsrail ordusu mülki əhalini, xəstəxanaların yerləşdiyi əraziləri atəş altında saxlamaqda davam edəcəksə, Qəzza nəhəng bir məzarlığa çevriləcək. Həm də körpə məzarlığına.