Gənc seçicilər Baydendən uzaqlaşırlar-Səbəb?

Hər fürsətdə İsrailin yanında olduğunu bəyan edən ABŞ prezidenti Baydenə ad günündə pis xəbər gəlib.
"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, bu gün 81 yaşı tamam olan Bayden Qəzzada yürütdüyü siyasətin nəticələri ilə üzləşib.
NBC News-un son milli sorğusuna görə, seçicilərin böyük əksəriyyəti Baydenin xarici siyasətini və İsrail-Həmas müharibəsini idarə etməyini  bəyənmir.
Sözügedən sorğuya görə, Baydenin təsdiq nisbəti yüzdə 40-a düşüb, bu onun prezidentliyinin ən aşağı səviyyəsidir.
Müvafiq olaraq, bu gün seçki olsa, Bayden ilk dəfə olaraq keçmiş prezident Trampdan geri qalacaq.
Nəticələr göstərir ki, ABŞ seçicilərinin 62 faizi artıq Baydenin xarici siyasət yanaşmasını bəyənmir.
Seçicilərin yalnız 33%-i Baydenin xarici siyasətini bəyəndiyini bildirib.
Bu nisbət sentyabr ayı ilə müqayisədə yüzdə 41 olaraq ölçüülür. Başqa sözlə, Baydenin xarici siyasətinə inam sentyabrdan 8 faiz azalıb.
Bundan əlavə, seçicilərin yalnız 34 faizi Baydenin İsrail-Həmas müharibəsini idarə etməsini bəyənib, 56 faizi isə bəyənmədiyini bildirib.
 “Baydenə qarşı inamsızlıq ən çox İsrailin Qəzzada hərbi əməliyyatında həddən artıq irəli getdiyinə inanan Demokratlar və 18-34 yaş arası seçicilər arasında özünü büruzə verir”, - hesabatda deyilir. Onların 70%-nin Baydenin müharibəni idarə etməsini bəyənmədiyi bildirilib.
NBC News nəticələri belə şərh edib: “Gənc seçicilər Baydendən uzaqlaşırlar”.