Doğuşla Xoşqədəm arasında gərginlik - Studiyanı tərk etdi

Teleaparıcı Xoşqədəm Hidayətqızının ARB-də yayımlanan "Səni axtarıram" verilişində onunla həyat yoldaşı, müğənni Doğuş arasında gərginlik yaşanıb.
Bakuposrt.az xəbər verir ki, buna X.Hidayətqızının Doğuşa "Vaxtımız azdır, qısa danış" deməsi səbəb olub.
Doğuş isə "Vaxtın yoxdursa, niyə verilişə dəvət edirsən? Mən sənin ekspertin deyiləm" deyərək studiyanı tərk edib.
X.Hidayətqızı ona cavabında "Mənim iki saat vaxtım var. Tamaşaçıya, vaxta hörmət etmək hamının borcudur. Ona görə də Doğuş bəy inciməsin"- deyib.
Bir qədər sonra Doğuş təkrar studiyaya qayıdıb.