BRICS və BMT Qəzzadakı vəziyyəti müzakirə edəcək

BRICS liderlərin İsrail-HAMAS müharibəsi və Qəzzadakı vəziyyəti müzakirə edəcəklər.

APA "Bloomberg"ə istinadən xəbər verir ki, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa İsrail-HAMAS münaqişəsini müzakirə etmək üçün noyabrın 21-də BRICS liderləri ilə videoformatda iclas keçirəcək.

Bu ilin əvvəlində qrupa qoşulmağa dəvət olunmuş altı ölkənin - Səudiyyə Ərəbistanı, İran, Misir, Efiopiya, Argentina və Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçıları da müzakirədə iştirak edəcəklər.

Virtual görüşə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş də qatılacaq.

"Prezident Ramafosa BRICS-in fövqəladə iclasında açılış nitqi ilə çıxış edəcək, burada üzv və dəvət olunmuş dövlətlər də Qəzzada mövcud humanitar böhranla bağlı bəyanatlar verəcəklər", - CAR prezidentinin ofisindən bildirilib.