Elon Maskın atası danışdı: “Məni çarmıxa çəkəcəklər”

Hazırda dünyanın texnologiya dahisi Elon Mask haqqında film çəkiləcək.
 “Sherg.az” “NTV,com.tr”yə istinadən bildirir ki, çəkilməsi planlaşdırılan filmin ssenarisi Elon Mask haqqında Valter Isaacsonun qələmə aldığı bioqrafik kitabdan götürülüb. Filmin rejissoru isə bir çox məşhur filmlərin müəllifi Darren Aronovskidir. E.Maskın atası Errol Mask isə filmdə “pis ata” olaraq göstərilməkdən qorxur. Texnologiya dahisinin atası, 77 yaşlı Errol Mask “The Sun” qəzetinə verdiyi müsahibədə bioqrafik filmdə özünün “çarmıxa çəkiləcəyindən” ehtiyat edir. Maskın atası filmin rejissoru ilə görüşmək istədiyini də deyib. Nədənsə Mask bu fikirdədir ki, filmdə onu pis valideyn olaraq təqdim edəcəklər. “Bu məni narahat edir. Isaacsonun kitabı doğru deyil, yaxından-uzaqdan bizim ailə ilə əlaqəsi yoxdur. O, mənim davranışlarım haqqında doğru olmayan məlumatlar alıb. Bunun əsasında da kitab yazıb. Bunu  filmin rejissori Aronovskiyə çatdırmalıyam”, söyləyən ata Mask rejissoru müzakirələrə dəvət edib. Isaacson öz kitabında Errol Maskı hiyləgər və xarizmatik bir xəyalpərəst kimi təqdim edib. Müəllif kitabda Elon Maskın 12 yaşındaykən Cənubi Afrikadakı "veldskool" düşərgəsinə göndərildiyini yazıb. Elon Mask guya orada qaldığı müddətdə 10 kiloqram arıqlayıb, özündən böyüklər tərəfindən tez-tez döyülüb. Ata Mask isə yazılan bu yalanların üstəlik ekrana daşınacağından narazıdır. Elon Mask isə əkisnə, belə bir filmin çəkiləcəyindən məmnun görünür.