Ərdoğan: Fələstin dövlətinin yaradılması qaçılmaz bir reallıqdır

“Fələstin məsələsinin adil siyasi həlli olmadan bölgəmizdə daimi sülhün və sabitliyin təsis edilməsi mümkün deyil”.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, 1967-ci ilin sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması artıq qaçılmaz bir reallıqdır.