Oğlundan Bred Pittə ağır ittiham

“Alçaq bir insan olduğunuzu dəfələrlə sübut etdiniz!”

  Hollivud “ulduz”ları Bred Pitt və Ancelina Colinin övladlığa götürdüyü Paksın 2020-ci ildə atasına yazdığı mesaj üzə çıxıb. Paks Atalar günüylə bağlı etdiyi paylaşımda Bred Pitti ağır sözlərlə ittiham edib. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, 3 il əvvəlki paylaşımında Paks atasını “4 azyaşlı övladını qorxudan titrədən, dünya miqyasında ən alçaq adam”, adlandırıb. Oğulluğunun bu paylaşımının üzə çıxması Hollivudu silkələyib. Qeyd edilir ki, dünya məşhurları Ancelina Coli və Bred Pitt 2014-cü ildə evləniblər, 2 il sonra isə boşanıblar. Boşanma səbəbi kimi isə münasibətlərindəki gərginlik göstərilib. A.Coli məhkəməyə ifadəsində B.Pittin ona qarşı da, uşaqlarına qarşı da dəfələrlə qəddar münasibət göstərdiyini bildirib. Onlar Fransadan Kaliforniyaya uçarkən təyyarədə dalaşıblar və A.Coli xəsarət alıb. Uşaqlar atalarını dayandırmağa çalışsalar da bacarmayıblar. Bu olay uşaqlara dərin psixoloji təsir edib. Məşhur cütlüyün 6 övladı var. Onların arasında övladlığa götürülənlər də var. Onlardan biri, 19 yaşlı Paks Atalar günündə atasını ifşa edib. “DailyMail.com”un xəbərinə görə, Paks 2020-ci ildə instagramdan paylaşdığı bir mesajda atasını alçaq adam adlandırıb. “Kiçik uşaqlara qarşı da heç bir sevgin yoxdur. Mənə ən yaxın olanların həyatını qaraltdın, cəhənnəmə çevirdin. Özünə və dünyaya fərqli nələrsə söyləyə bilərsən, amma gerçəklər bir gün ortaya çıxacaq”. Bred Pitt və ya A.Coli bu paylaşım haqqında hələ ki susurlar. Amma “ulduz” valideynlərin övladlığa götürdükləri qızları Zahara Coli-Pitt də bu günlərdə soyadını Zahara Coli yazdıraraq Pitt soyadından imtina edib.