Qəzzada ölənlərin 40 faizi uşaqlardır- UNICEF-dən dəhşətli rəqəm

BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel Qəzzada uşaqların müdafiəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edib. Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, Ketrin Rassel çıxışı zamanı Qəzza zolağında başlayacaq 4 günlük “humanitar fasiləyə” saatlar qala "Müharibə bitməli, uşaqların öldürülməsinə və onun şikəst edilməsinə dərhal son qoyulmalıdır" deyə bildirib. 


İsrailin Qəzza zolağına cəmi 46 gün ərzində təşkil etdiyi hücumlarda 5300-dən çox fələstinli uşağın həyatını itirdiyini ifadə edən Russell, bunun oktyabrın 7-dən bu yana hər gün 115-dən çox uşağın öldürüldüyü anlamına gəldiyini vurğulayıb. Russell daha sonra deyib:
 “Bu rəqəmlərə görə Qəzzada ölənlərin 40 faizi uşaqlardır. Bu, görünməmiş bir vəziyyətdir. Başqa sözlə, Qəzza zolağı bu gün dünyada uşaq olmaq üçün ən təhlükəli yerdir. Bizə həmçinin 1200-dən çox uşağın dağıntılar altında qalması və ya itkin düşməsi xəbərləri daxil olur".