Rusiyalı müğənni raket hücumunda öldü

Rusiyalı aktrisa və müğənni Polina Menşix Donetskdə öldürülüb. Bu barədə Rusiya və Ukrayna KİV-i məlumat yayıb. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, məlumata görə, müğənni Donetskdəki Mədəniyyət Evində rus əsgərləri qarşısında səhnə alıb. 
Bu sırada Ukrayna tərəfindən raket hücumları başlayıb.  Atılan raketlərdən biri Mədənyyət  Evinə düşüb. Polina Menşix 40 yaşında idi və bundan əvvəl də  bir neçə dəfə rus ordusunun əsgərləri qarşısında  konsert proqramı ilə çıxış edib. Raket hücumu nəticəsində Mədəniyyət Evində çox sayda yaralı xəstəxanaya aparılıb. Polina Menşix xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.