Əsgərləri ziyarət etdi:  Netanyahu girovlardan danışıb

Oktyabrın 7-də İsraillə Fələstin arasında başlayan qarşıdurmaların 51-ci günündə İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağının şimalındakı İsrail əsgərlərinə baş çəkib.

 Sherg.az xarici mediaya istinadən xəbər verir ki, başına dəbilqə taxan və polad jilet geyən Netanyahu səfəri zamanı deyib: “Biz girovlarımızı geri qaytarmaq üçün hər cür səy göstəririk və sonda onların hamısını geri qaytaracağıq”.



 
Netanyahunu çoxlu yüksək rütbəli hərbi və siyasi rəsmilər müşayiət edib.


İsrailin yaxın saatlarda 39 fələstinli məhbusu azad edəcəyi gözlənilir. Noyabrın 24-ü səhər saat 07:00-da İsraillə Həmas arasında başlayan humanitar atəşkəs zamanı 40 İsrailli və 18 xarici ölkə vətəndaşı və ikili vətəndaş Həmas tərəfindən, 78 fələstinli məhbus isə İsrail tərəfindən sərbəst buraxılıb.