Çelyabinskdə güclü partlayış: ardınca yanğın baş verdi

Rusiyanın Çelyabinsk şəhərində traktor istehsal edilən zavodda güclü yanğın baş verib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi məlumat yayıb.
Əraziyə yanğınsöndürmə qrupları göndərilib.
Bildirilib ki, zavodda transformator partlayıb, ehtimal edilir ki, yanğın buradan qaynaqlanır.
Xəsarət alanlarla bağlı məlumat verilmir.