Reallıq budur, Ukrayna qalib gəlməyəcək - Orban

Ukrayna Rusiyanı döyüş meydanında məğlub edə bilməyəcək.

Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Biz Moskvada da siyasi dəyişikliklər gözləyə bilmərik. Reallığa baxmalıyıq. Rusiyanın genişmiqyaslı işğala başlamasından sonra AB Ukraynaya kömək etmək üçün strateji cəhətdən səhv qərar qəbul etdi”, - nazir bildirib.

Qeyd edək ki, bundan öncə də V.Orban Ukraynanın döyüş meydanında məğlub olacağı, Qərbin Kiyevi silahlandırmasının yanlış olması ilə bağlı açıqlamalar verib.