Аnasını ayda bir dəfə görəcək: Belə qərar tarixdə hələ olmayıb

İzmirdə yaşayan Səmra Gültəkin ötən il bacısının yanına – Balıkəsirə qonaq göndərdiyi anasını ancaq ayda bir dəfə görə bilir. Buna isə məhkəmə qərar verib. Qadın heyrət içində “belə qərar tarixdə olmayıb, dünyada tayı-bənzəri yoxdur” deyərək, məhkəmələrlə çəkişmədədir. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Səmra Gültəkinin anası Yıldız Gültəkin hafizə itkisi xəstəsidir. Səmra Эültəkin anasını bacısının yanına gюndərdikdən sonra anasıyla görüşməsinə izin verilməyib. Bununla bağlı məhkəmə qərarı var. Məhkəmənin qərarına görə, S.Gültəkin anasını yalnız hər ayın ilk cümə günü ziyarət edə bilər. Qadın isə məhkəmə qərarına etiraz edir və vəkili vasitəsilə hüququnun bərpa edilməsinə çalışır. Vəkil Яrdoğan Zeren də belə bir qərarın verilməsi üçün heç bir qanuni əsas olmadığını bildirib və onu “Türkiyədə ilk belə qərardır”, söyləyib və məhkəmə qərarının dəyişdirilməsini tələb edib. Məsələ burasındadır ki, Səmra Gültəkinin bacısı Seval Ünal məhkəmədən bacısının anasından uzaqlaşdırılmasına dair qərar verilməsinə nail olub. Halbuki daha öncə Səmra Gültəkin ananın varisi elan edilib. Lakin buna baxmayaraq, qadın yenə də Səmraya göstərilməyib, onunla görüşməsinə icazə verilməyib. Məhkəmə öz qərarında xəstə qadının kiminlə görüşmək istəyib-istəmədiyinə qərar verə bilməməsini əsas tutub. “Anamı bacımgilə bir neçə günlüyünə qonaq göndərdim. Amma sonra anamı geri gətirmədilər, məndən gizlətdilər, görüşməyimə izin vermədilər. Dərmanlarını gətirmək istədim, qəbul etmədilər. Anamın durumu getdikcə ağırlaşdı. Dörd ay yarımdır anamla görüşə bilmirəm. Məhkəmənin əsassız qərarı ilə ayda yalnız bir dəfə anamı görə bilərəm. O zaman da məhkəmə məmurları, psixoloqlar, polis də orada olmalıdır. Bu nə sərsəm qərardır, bilmirəm”, söyləyən Səmra Gültəkin məhkəmə qərarına qarşı iddia qaldırdığını, qərar dəyişməyincə bu işdən əl çəkməyəcəyini deyib.