Əlləriylə 750 illik mədəniyyəti yaşadırlar

Türkiyənin Tokat bölgəsində Əl Sənətləri Mərkəzində çalышan qadınlar 750 illik tarixə malik qədim sənəti yaşadır. 

“Sherg.az” “NTV,com.tr”yə istinadən bildirir ki, mərkəzdə çalışan qadınlar məşhur Tokat örpəklərinin naxışlarını taxta qəliblər vasitəsilə ipək parçalara həkk edir. Taxta qəlibləri isə qadınlar öz əlləriylə hazırlayır, tərtib edir, üzərində müxtəlif naxışlar oyur, sonra da bu naxışları ipəklər üzərinə vururlar. Bu naxışların tarixi də çox qədim dövрlərə aiddir. Təxminən 750 il əvvəl Tokatda bu naxışlarla bəzədilmiş baş örtükləri, örpəklər istehsal olunub. Naxışlar üçün taxta qəliblər isə cökə ağacından hazırlanır, qəliblər üzərində müxtəlif naxışlar xüsusi bıçaqlar vasitəsilə əllə oyulur. Sonra yenə də əllə parçalar üzərinə həkk edilir. Mərkəzdə təkcə örpəklər, baş örtükləri deyil, balış, yorğan üzlükləri, əlbisələr də hazırlanır və bunların hamısında qədim naxışlardan istifadə edilir. Basmaqəlib sənətindən danışan Bilge Çelikdemir deyib ki, taxta basma sənəti unudulmaq üzrə idi. Mərkəz yaradılandan bu qədim əl sənətini canlandırmağı qarşılarına məqsəd qoyublar və nail olublar: “İndi parçalara müxtəlif naxışlar vuran dəzgahlar var. Lakin biz xalqımıza məxsus qədim əl sənətini yaşatmaq istəyirik, ona görə də əllərimizə güvənirik. Övliya Çələbi “Səyahətnamə”sində Tokat haqqında “əlvan diyar” deyə bəhs edir. Biz də bu naxışlarla diyarımızın əlvanlığını qoruyuruq”.