7 kiloqram ağırlığında körpə doğuldu

 İranın Məşhəd şəhərində 7 kiloqram ağırlığında körpə dünyaya gəlib.

“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, körpənin normal çəkidən artıq doğulmasını həkimlər ananın şəkər xəstəsi olmasıyla əsaslandırıblar. Körpə hazırda İranın “ən ağır körpəsi” hesab edilir. Körpə ailənini 5-ci övladıdır. Cinsiyyəti və adı hələ açıqlanmayan körpəni “Pəhləvan” çağırırlar. Bilinən budur ki, körpə qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Onun qolunun eni 6 santimetrdir.