Rusiya XİN-dən İsrailin Dəməşq limanını vurmasına reaksiya

Biz Suriya ərazisinə davam edən hücumları bu dövlətin suverenliyinin və beynəlxalq hüququn əsas normalarının kobud şəkildə pozulması kimi qiymətləndiririk.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova İsrail təyyarələrinin Dəməşq aeroportuna aviazərbələr endirməsini şərh edərkən deyib.

"İsrailin mühüm mülki infrastruktur obyektinə son təxribatçı hücumunu şiddətlə qınayırıq", - Zaxarova vurğulayıb.
Qeyd edək ki, ötən gün İsrail hərbçiləri Dəməşq Beynəlxalq Hava Limanının uçuş-enmə zolaqlarına zərbələr endirib. Nəticədə bütün müntəzəm reyslər Hələb və Latakiya hava limanlarına köçürülüb.