HƏMAS Qəzza sektorunda atəşkəsin eyni şərtlərlə uzadıldığını açıqlayıb

Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında humanitar atəşkəsi daha iki gün uzatmaq barədə İsraillə razılığa gəlib.

“Report” xəbər verir ki, hərəkatın Siyasi Büro rəhbəri İsmayıl Haniyənin mətbuat katibi Taher ən-Nunu atəşkəs razılaşmasının eyni şərtlərlə fəaliyyət göstərəcəyini açıqlayıb.

“Müvəqqəti humanitar atəşkəsin daha iki gün müddətinə uzadılması ilə bağlı razılıq əldə olunub. Hər azad olunan girov üçün gündə 3 məhbus və 200 yük maşını düşür”, - ən-Nunu deyib.