ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mossad-ın rəhbəri ilə görüşəcək

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börns bu gün Dohada İsrailin Kəşfiyyat Xidməti - Mossad-ın rəhbəri David Barnea və Qətərin Baş naziri ilə görüşəcək.
APA xəbər verir ki, bu barədə "Axios" ABŞ rəsmisi və görüşlə bağlı iki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, görüşdə HAMAS-ın daha çox girovu azad edəcəyi təqdirdə Qəzzadakı döyüşlərdə fasilənin uzadılması müzakirə ediləcək.
Bu, HAMAS-ın oktyabrın 7-də İsrailə hücumundan sonra üç lider arasında ikinci belə görüş olacaq.