Robert de Nirodan etiraz: Çıxışı qayçılanıb

Hollivud “ulduzu”, Oskar mükafatçısı Robert de Niro “Gotham” mükafatının təqdimolunma mərasimindəki çıxışı ilə gündəmə gəlib. “Sherg.az” NTV.com.tr”yə istinadən bildirir ki, aktyor “Ayın qatilləri” filmindəki roluna görə “Tarixin rəmzi və yaradıcıya sayğı” mükafatına layiq görülüb. Mərasimdə Hollivud “ulduz”ları Leonardo di Kaprio və Lili Gledston ilə birgə səhnəyə çıxan aktyor ürək sözlərini söyləmək üçün mikrofon qarşısına keçib. Az sonra isə təşkilatçılara etiraz edərək “niyə çıxışımı kəsdiniz”, deyə etiraz edib. Bununla kifayətlənməyən aktyor mobil telefonunu çıxararaq çıxışının kəsilmiş hissəsini oxuyaraq birbaşa zala səslənib. Onun çıxışı hamını heyrətləndirib. “Tarix, artıq tarix deyil. Gerçək, gerçək deyil və gerçəklər də hətta alternativ gerçəklərlə dəyişdirilir, qurğudan ibarət mülahizələr və çirkinlik tərəfindən yönləndirilir”, söyləyən Robert de Niro çıxışının davamında “Floridada gənc tələbələrə şəxsi mənfəətləri naminə kölələrdən necə istifadə etmək vərdişləri öyrədilir. Bizim əyləncə, kino sənayemiz isə bu xəstəliyə qarşı heç bir addım atmır, dirəniş göstərmir. Con Vayne bir vaxtlar belə demişdi: “biz bu böyük ölkəni qızıldərililərdən almaqla səhv etdiyimizi düşünmürəm. Yeni torpaqlara ehtiyac duyan çox sayda insan vardı, qızıldərililər isə bu torpaqları özləri üçün saxlamaq istəyirdi”, söyləyən Robert de Niro bu siyasətə qarşı olduğunu bildirib. Aktyor sabiq prezident Donald Trampı da tənqid edib: “O, bizə 30 mindən çox yalan söylədi. İndi də intiqam kampaniyasını davam etdirir”. Aktyor mükafatlandırma mərasimi təşkilatçılarına təşəkkür etməli olduğu halda, bunu etməyəcəyini də deyib: “Mənim çıxışımı qayçılamağa necə cəsarət edə bilərsiniz?!”.