Uşaqlara səhv dərman verən “kabus həkim” 943 il həbs cəzası aldı

Uşaqlara ketamin iynəsi vurub, sonra da “cinsi pozuqluq” diaqnozu qoyaraq həyatlarını məhv edən, ailələri də aldadan “həkim” Süleyman Salih Zoroğluna 943 il 9 ay azadlıqdan məhrumetmə cəzası verilib. 
 “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, adına “kabus həkim” deyilən S.Zoroğlu müayinə üçün gətirilən oğlan uşaqlarına ketamin iynəsi vurub, sonra da valideynlərinə “cinsi istismara məruz qalıb” deyərək onları aldadırmış. “Həkimin” FETO-çu olduğu da müəyyənləşdikdə Ədli Tibb Qurumundakı vəzifəsindən xaric edilib, haqqında məhkəmə iddianaməsi hazırlanıb. İddianamə Bakırköy Cümhuriyyət Başsavcılığı Ailədaxili və qadınlara qarşı cinayətlər istintaq bürosu tərəfindən hazırlanıb. İddianamədə qeyd edilir ki, “həkim” yaşları 7-18 arası olan 21 uşağa “cinsi pozuqluq” diaqnozu qoyaraq müalicə seanslarında bədənlərinə “ketamin” maddəsi yeritdiyi şübhələrinin olduğu qeyd edilib və bu xüsusda istintaq araşdırması başladılıb. “Həkimin” ailələri təhdid etdiyi də iddianamədə yer alır. Bundan əlavə valideynlərdən bəzisi S.Zoroğlunun uşaqlardan bir neçəsini öz evində saxladığını və onları xarici ölkələrə göndərmək istədiyini də bildiriblər. S.Zoroğlunun klinikasında və mənzilində aparılan axtarışlar zamanı “Ketamin” iynəsi və “ketamin qarışıqlı” maddələr də tapılıb. Barəsində təsdiqlənən cinayət əməllərinə görə “kabus həkim”ə məhkəmə tərəfindən toplam 943 il 9 ay azadlıqdan məhrumetmə cəzası verilib.