İsrail qalan girovların təxmini yerləri barədə məlumata malik olduğunu açıqlayıb

İsrail kəşfiyyat xidmətləri qalan girovların təxmin olunan yerləri barədə məlumatlara malikdir.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan sözçüsü Conatan Konrikus brifinqdə bildirib.
"Qısa cavab bəli olacaq, bizdə məlumatlar var", - deyə Konrikus jurnalistlərin qalan girovların yerləri ilə bağlı hər hansı təxminlərinin olub-olmaması barədə suala cavabında deyib.

Sözçü məsələnin həssaslığına görə, təfərrüatları bölüşmək hüququna malik olmadığını bildirib.

Konrikus vurğulayıb ki, girovların azad edilməsi İsrail kəşfiyyat xidmətləri üçün əsas prioritetdir.

O, həmçinin qeyd edib ki, İsrail bütün girovlarını qaytarmaq niyyətindədir.

"Əgər bunu danışıqlar yolu ilə etmək olmasa başqa yollarla hərəkət edəcəyik", - mətbuat katibi bildirib.

Daha əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari bildirmişdi ki, HAMAS hərəkatı 137 nəfəri girov saxlamaqda davam edir.