Avropa İttifaqı Ermənistana texniki missiya göndərəcək

Avropa İttifaqı Ermənistanla təhlükəsizlik sahəsində də əməkdaşlığı inkişaf etdirmək barədə öhdəlik götürüb.
APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Ermənistandakı Nümayəndəliyinin rəhbəri Vasiliq Maraqos "Azadlıq Radiosu"nun erməni bürosuna müsahibəsində bildirib.
Avropa Xarici Fəaliyyət Xidməti (The European External Action Service - EEAS) və Avropa Komissiyasının nümayəndə heyətlərinin Ermənistana səfərini nəticələrini şərh edən diplomatın sözlərinə görə, Brüssel Ermənistan Silahlı Qüvvələrinə humanitar formatda yardım göstərməklə bağlı konkret təkliflər hazırlamaq üçün cari ilin sonu və ya gələn ilin əvvəlində Ermənistana texniki missiya göndərəcək.