Moskvada Rusiya ilə İran arasında saziş imzalandı

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında birtərəfli sanksiyalara qarşı mübarizə haqqında saziş imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Sənədin rəsmi adı Rusiya Federasiyası və İran İslam Respublikasının birtərəfli məcburetmə tədbirlərinin mənfi nəticələrinə qarşı mübarizə, yüngülləşdirmə və kompensasiya yolları və vasitələri haqqında Bəyannamə adlanır.