Marsa gedənlər yalnız olmayacaq

“Bizimlə birlikdə bir çox canlı orqanizm də ora gedəcək”

Alimlər hesab edir ki, astronavtlar Marsa getdiklərində orada bitki yetişdirmək məcburiyyətində qalacaqlar

  ABŞ-nin Texas A&M Universitetinin əməkdaşı Emmanuel Mendoza gübrələnmiş torpaqda 5 yarpaqlı bitki yetişdirib. Bitki əvvəlcə çox kiçik olub, getdikcə böyüyüb, çoxalıb. Hətta budaqlarında yaşıl noxudlar da yetişib. Bitkinin özəlliyi bu idi ki, o, bizim dünyamızdan milyonlarla kilometr uzaqdakı ekosistem barədə məlumat verirdi. 
“Sherg.az” “Masable Türkiyə”yə istinadən bildirir ki, bu qəribə bitki haqqında məlumat ilk dəfə “New-York Times”də dərc olunub. Bu bitki Mars planetini səthini örtən rezolit təbəqəsinin laboratoriya şəraitində yenidən əmələ gətirilən özülündə yetişdirilib. E.Mendoza süni şəkildə əmələ gətirilmiş torpağa xüsusi olaraq bir çeşid böcək əlavə edib. Onun və birgə çalışdıqları iş yoldaşlarının məqsədi bu böcəklərin bir gün astronavtların Marsda qida məhsulu yetişdirməsinə yardımçı ola biləcəyi ehtimalını araşdırmaq olub. Alimlər hesab edir ki, astronavtlar Marsa getdiklərində orada bitki yetişdirmək məcburiyyətində qalacaqlar. NASA-nın Biologiya və Fizika bölümünün direktoru Lisa Carnell “hər şeyi özümüzlə apara bilmərik. Əkin üçün torpaq, su, günəş işığı yetərli deyil. Eyni zamanda  ekoloji sistemin fəaliyyəti üçün mikroorqanizmlər də, bir çox canlı aləmin olması gərəkdir. Bu o deməkdir ki, Marsa gedən yolda insanlar yalnız olmayacaq.  Bizimlə birikdə bir çox canlı orqanizm də Marsa gedəcək”, deyib. NASA astronavtı Skott Parazynski isə deyib ki, hazırda kosmosa getmək, bir düşərgəyə uzunmüddətli səfəri xatırladır. Astronavtlar özləri ilə dondurulmuş və qurudulmuş qidalar aparır, onları ləzzətləndirmək üçün üstəlik acı, ədviyyatlı müxtəlif souslar da özləri ilə götürürlər. Lakin uzunmüddətli yaşam üçün bunlar kifayət etməyəcək. Marsda uzunmüddətli yaşam üçün bağçaların olması vacibdir. “Mars bağçaları”nın salınması üçünsə, bir çox canlı orqanizmlərin dəstəyinə ehtiyacımız olacaq. Bunlar müxtəlif mikroblar, həşəratlar, böcəklər, milçəklər, qarışqalar və sair ola bilər. Canlı orqanizmlər torpağı gübrələyir, bitkilərin yetişməsinə əvəzsiz dəstək verirlər”. Emmanuel Mendoza isə Marsın süni torpağında yaşıl noxud yetişdirməsinə baxmayaraq bu qidanı qəbul etmək istəmədiyini söyləyib: “Hər nə qədər cazibəli görünsə də, mən o bitkilərlə, o torpaqda yetişəcək məhsullarla qidalanmaq istəmirəm”.