210 milyon yaşı olan qalıqlar: Qədim quşların izləri tapılıb

 Cənubi Afrikada yaşı təqribən 210 milyon il əvvələ aid quş skeletinə bənzər qalıqlar tapılıb. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, tapılan qalıqlar üzərində tədqiqat aparan alimlər qalıqların ən qədim heyvan cinsinə aid olduğu fikrindədir. Cənubi  Afrikanın “Cape Town” (Keyptaun) Universitetinin Geoloji Elmlər bölümünün professor, doktor Miengah Abrahams son kəşflər haqqında “bunlar indiyədək kəşf edilmiş sürünənlər fəsiləsinin ən qədim növlərinə aiddir. Onları daha qədim dövrə, təqribən 210 milyon il əvvələ aid etmək olar. Qalıqlarda quşların ayaq izlərinə oxşar izlər ayırd edilir. Bu, 3 barmaqlı ayaq skeletidir. Təxmin edirik ki, bu skeletlər ayaqları quşların ayağına bənzər sürünənlərə məxsus ola bilər.  Onlar quşa bənzər varlıqlara aiddir. Bu izlər quşkimilərin ən qədim qalıqlarından da 60 milyon il əvvələ aiddir”, söyləyib. Professor qalıqların dinazavrlara iad ola biləcəyi ehtimalı üzərində çalışdıqlarını da deyib. Tyrannosaurus Rex də daxil olmaqla Theropod cinsinə aid  dinazavrlar, üç barmaqlı  ayaqları olan, iki ayaqlı ətyeyənlərdən ibarət müxətlif qruplara bölünür. Lakin yeni kəşf edilən izlər arasında tipik theropod izlərindən fərqli olanlar da var. Abrahams verdiyi açıqlamada kəşf edilən qalıqların dinazavrlara uyğunluğu ehtimalının olamsıyla yanbaşı, daha çox qədim quş cinsinə mənsubluğu üzərində tədqiqat aparacağını deyib və fikrini belə əsaslnadırıb ki, qaliqların ölçüləri onların kçik həcmli heyvana aid olduğu görünür. Çox güman ki, bunlar quş cinsindən bir heyvana məxsusdur.