Qışın ortasında evsiz adama yazığı gəlmədi: “Fast food” şəbəkəsinə reaksiyalar yağdı

“Fast food” şəbəkəsində təmizlikçi olaraq çalışan əməkdaşının restoran önündə yerdə əyləşmiş halda yuxulayan birisinə qarşı kobud rəftarı sosial media izləyicilərinin sərt qınağıyla üzləşib. 
“Sherg.az”  “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, hadisə İngiltərənin paytaxtı Londonda, Viktoriya küçəsindəki “fas food” restoranlar şəbəkəsinin önündə baş verib. Sosial mediada yayılan görüntülərdə təmizlik işləri görən əməkdaşın yerdə əyləşmiş adamın üzərinə su fşqırtması, əşyalarını təpikləməsi əks olunub. “Fast food” əməkdaşı evsiz adama yaxınlaşıb üzərinə su tökərək onu isladır, əşyalarını təpiklə kıbara itələyir və ondan durub getməsini tələb edir. Restoran əməkdaşının evsiz insanla kobud rəftarına trafdakı insanlar da müdaxil edib və onu qınayıblar.  Video paylaşıldıqdan sonra isə “Fast food” şəbəkəsinə sosial mediadan da sərt təpkilər “yağıb”. Videoda evsiz adamın üstünə örtdüyü yorğanı sudan qorumaq üçün çırpındığı, əli ilə qorunmağa çalışdığı görünür.  Evsiz adam “məndən nə istəyirsiniz? Məni rahat biraxın”, deyə yalvarır. Bu sırada baş verənləri görüntüyə alanlara da polis müdaxilə edir. Ətrafdakı insanlarsa “bu nə hərəkətdir, onun sizə nə maneçiliyi var. Çox acımasızsınız”, deyə təpki göstəriblər. Restoranlar şəbəkəsinin digər əməkdaşı məsləkdaşının köməyinə gəlsə də, o da vətəndaşların təpkisiylə üzləşib. Vətəndaşlar “düzgün davranmırsınız. Bu adam sizə mane olmur, girib çıxanlarla bir işi  yox”, deyərək evsiz adamı müdafiə ediblər. Vətəndaşların təpkisi nəticəsində əməkdaşlar evsiz adamı qovmaqdan əl çəkib. Üstəlik, video sosial şəbəkədə yayıldıqdan sonra nüfuzunu bərpa etməyə çalışan şirkət vətəndaşlardan üzr diləyərək, kobudluq etmiş əməkdaşını işdən çıxardığını açıqlayıb.