Dördəmlərdən 3-ü vəfat etdi: Ailə araşdırma tələb edir 

Türkiyənin Kocaeli bölgəsindəki Gebze əyalətində özəl klinikada dördəm dünyaya gətirən ananın 3 körpəsi vəfat edib, yalnız 1-i salamat qalıb.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən hadisənin təfərrüatlarını təqdim dir. Verilən xəbərə görə, dörd əkizə hamilə olan Hamidə Okutucu körpələrini Gebzedəki özəl klinikalardan birində dünyaya gətirib. Körpələr vaxtından əvvəl dünyaya gəldiklərindən doğulduqdan dərhal sonra küvəzə qoyulublar. 2 gün sonra körpələrdən biri vəfat edib. Bir neçə gün keçib, 2-ci, sonra 3-cü körpə də dünyasını dəyişib. Körpələrin vəfat səbəbi infeksiyaya yoluxmaları göstərilib. Həkim ailəyə körpələrdə irsi xəstəlik olduğunu da deyib. 4-cü körpə də süni nəfəs aparatına qoşulub. Lakin körpənin bədənində yanıq izləri görən ailə üzvləri onu xəstəxanadan çıxararaq başqa bir tibb müəssisəsinə aparıblar. Burada körpə müalicə edilib və yaxşılaşmağa başlayıb. Ailənin dediyinə görə, Gebze xəstəxanasında başqa körpələrin vəfat etməsi xəbərləri də var. Ailə 3 körpənin ölümü ilə əlaqədar xəstəxana personalına, həkimlərə qarşı məhkəmə iddiası qaldırıb. Ana Hamidə Okutucu deyib ki, körpələrindən biri vəfat etdikdən sonra həkimlər digər 3-nün vəziyyətinin yaxşı olduğunu söyləyiblər.  O özü də tez-tez körpələrə nəzarət edib, küvəzdə olduqları müddətdə tez-tez ora gedib. Növbəti dəfə ana körpələrdən birinin bədənində yara olduğunu fərq edib. Həkimlər “kiçik bayıra çıxa bilmir, ondandır”, deyiblər. Ertəsi gün körpənin bədənində şişliklər əmələ gəlib. Bir gün sonra isə körpə vəfat edib. Həkimlər “körpələrdə mikrob tapılıb, irsi ola bilər”, deyərək onları küvəzə qoyublar. Hətta anaya “südündə mikrob var” söyləyərək körpələrə ana südü verməsini yasaqlayıblar. Ananın iddiasına görə, körpələr xəstəxanada mikroba yoluxub. 3 körpə vəfat etdikdən sonra ailə 4-cü  körpəni bu xəstəxanadan çıxarıb Ümraniyyə Dövlət Xəstəxanasına aparıb. Nəhayət, həkimlərin səyi ilə 4-cü körpə sağalıb. Okutucu ailəsi məhkəməyə müraciət edərək körpələrin ölüm səbəbinin araşdırılmasını, günahkar həkimlərin cəzalanmasını tələb edirlər.