Viktoriya Bekhemdən ŞOK AÇIQLAMALAR 

“Kaş ki sinə böyütmə əməliyyatını heç etdirməyəydim”


  Dünya şöhrətli futbolçu Devid Bekhemin heç də az məşhur olmayan həyat yoldaşı, bir vaxtlar “Spice Girls” pop musiqi qrupunun üzvü olmuş Viktoriya Bekhem “Allure” dərgisinə müsahibə verib.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Viktoriya şəxsi həyatıyla bağlı maraqlı açıqlamalar verib. Musiqi qrupundan ayrıldıqdan sonra moda dünyasına qədəm qoyan Viktoriya Bekhem illər öncə sinə böyütmə əməliyyatı etdirdiyini, lakin indi peşman olduğunu deyib: “Doğrusunu söyləyim, kaş ki sinə böyütmə əməliyyatını heç etdirməyəydim. 12 yaşlı qızım Harperlə bu haqda danışa bilmirəm. Bir gün bəlkə onunla bu barədə söhbət edə bildim. Lakin indi özümü buna hazır görmürəm”, söyləyib. Halbuki illər əvvəl yayılan xəbərlərə rəğmən Viktoriya “tamamilə təbii görünüşdəyəm. Yalnız dırnaqlarım sünidir. Bir az da saçlarıma artıq qulluq edirəm.  Bir qədər də bürüncdən istifadə edirəm”, demişdi.  Amma yazar Andrey Morton 1999-cu ildə Viktoriya Bekhemin oğlu dünyaya gəldikdən sonra özəl bir klinikaya gedərək sinə böyütmə əməliyyatı keçirdiyini ortaya çıxarıb.  Bir müddət sonra isə sinə implantlarından azad olan model estetik əməliyyat keçirdiyini etiraf edib və belə məsləhət verib: “Sinə ilə işiniz olmasın, xanımlar. İndi  əvvəlki fotolarıma baxdıqda “aman Allah, bu mənəm?!” deyib özümü tanımaz oluram. Estetik əməliyyatlar qadının da, kişinin də özünə inamsızlığının əlamətidir”.