1997-ci ildə sevgilisi Dodi El Fayed ilə Parisdə avtomobil qəzasında dünyasını dəyişən şahzadə Diananın 1985-ci ildə cəmi 36 yaşında olarkən geyindiyi paltar rekord qiymətə satılıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, dünyada zərifliyi, yardımsevərliyi və ictimaiyyətə yaxınlığı ilə tanınan, ölkəsi İngiltərədə xalqın şahzadəsi kimi tanınan Şahzadə Diananın paltarı hərracda satışa çıxarılıb.
Keçmiş Uels şahzadəsi Diananın 1985-ci ildə geyindiyi gecə paltarı Los-Ancelesdə yerləşən Julien's Auctions hərrac evi tərəfində hərracda satılıb.
Şahzadənin ilk dəfə 1985-ci ildə Florensiyada geyindiyi paltar 1 milyon 148 min dollara satılıb.
Dizayner Jak Azaqurinin qara-göy rəngli gecə paltarı gözlənilən qiymətdən 11 dəfə baha satılıb.
Hərrac evi bildirib ki, paltar indiyə qədər hərracda satılan şahzadə Dianaya məxsus ən bahalı paltardır.
Qeyd edək ki, ötən ilin sentyabrında şahzadə Diananın məşhur qoyun sviteri hərracda 1,14 milyon dollara satılıb. Təkliflərin onlayn yerləşdirildiyi hərracda qalibin kimliyi açıqlanmasa da, 15 dəqiqə ərzində 44 təklifin edildiyi bildirilib.