F-16 qalmaqalı: NATO Türkiyəyə hansı şərtlər qoyur?

Dövlət Departamenti Türkiyəyə F-16 təyyarələrinin satışına etiraz etmir.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Biz öz tərəfimizdən F-16-ların Türkiyəyə satışını dəstəkləyirik. Ancaq Konqresdə satışın yalnız Türkiyənin İsveçin NATO-ya daxil olmasını təsdiqlədiyi təqdirdə mümkün olacağına qərar verən insanlar var. Biz də Türkiyəni bunu mümkün qədər tez etməyə çağırırıq”, - Miller bildirib.

Mövzu ilə bağlı "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Türkiyənin ABŞ-nin bu şərti ilə razılaşmasına heç bir səbəb yoxdur:
"Türkiyənin Milli Təhlükəsizliyinin təminatına NATO heç bir qatqı vermir. NATO-nun Türkiyənin Rusiya və Avrasiya gücləri ilə  əməkdaşlığı çərçivəsində bir qısqanclığı var. Amma Türkiyə xarici siyasətinin Qərbdən bir qədər aralanması, yeni siyasi baxış inşa olunması, Rusiya və Çin kimi güclə əməkdaşlığa açıq olması onun coğrafiyasından irəli gələn tələblərdən biridir. Geosiyasət hərzaman elə vacib nöqtələri diqqtə edir ki,  istər-istəməz biz bunun müqabilində yeni reallıqların yaşandığını görürük". 

Ə.Əzizbəyli F 16 ların satışının dəfələrlə müzakirə mövzusu olduğunu söyləyib:
 "Sözügedən məsələnin  Türkiyənin İsveçin NATO ya üzv olacağı barəsində düşüncəsinə təsir edəcəyini düşünmürəm. Bunun alt qatında inkişafda olan Türkiyə Rusiya münasibətləri fonunda, İsveçlə Rusiya qarşıdurmasının da təsiri olduğu qənaətindəyəm".