Mersində keçirilən əməliyyatda G-42 kodu ilə axtarışda olan beynəlxalq narkobaron Zəfər Ramazan saxlanılıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, İl Təhlükəsizlik Müdirliyinin açıqlamasına görə, MİT Mersin Region Müdirliyi və Mersin Kəşfiyyat Şöbə Müdirliyi tərəfindən beynəlxalq narkotik ticarəti ilə bağlı texniki və fiziki işlərə başlanılıb.
Araşdırma çərçivəsində Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin qrupları xüsusi əməliyyat polisinin iştirakı ilə Mezitli rayonunun Akdeniz məhələsindəki bir ünvanda dronun dəstəyi ilə əməliyyat keçirib.
Əməliyyat zamanı G-42 kodu ilə axtarışda olan beynəlxalq narkobaron Zəfər Ramazan saxlanılıb.