Heyranlarını pərişan etdi: “Ən cazibədar kişi” küçəyə pijama ilə çıxdı 

  1970-ci illərdə ekranlarda ən çox baxılan “Zəngin və yoxsul”  serialında canlandırdığı Tom Jordaç xarakteri ilə milyonların sevimlisinə çevrilmiş Hollivud “ulduzu” Nik Nolti küçəyə pijamayla çıxıb və videokameralara tuş gəlib. Onun bu halı heyranlarını pərişan edib. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, tanınmış aktyor gənclik illərində vərdiş etdiyi mənfi alışqanlıqları səbəbindən ağır günlər yaşayır. Hollivud “ulduzu”nun son görüntüləri də ürək acıdandır. Nik Nolti “İncə qırmızı xətt”, “Böyük döyüş”, “Bella” seriallarında çəkilib. Aktyor Hollivud “ulduz”ları arasında ən bayağı, coşqun yaşayış tərzi ilə seçilib. 4 dəfə evlənib. 2 övladı var. Gənclik illərindən etibarən alkoqollu içkilərə meyl etməsi aktyorun nəinki şəxsi həyatını, səhhətini, eləcə də, zahiri görüntüsünü də mənfiyə dəyişib. Onu 2000-ci ildə bir aeroportda özünü bilməz halda yerdə uzanmış vəziyyətdə görüblər. Bu əcaib mənzərə görüntüyə alınıb yayıldıqdan sonra aktyor bir az özünə gəlib və müalicəyə başlayıb. Lakin yenə də mənfi alışqanlıqları “qalib gəlib”. Ötən günlərdə isə aktyor Malibudaki bir iş toplantısından çıxarkən kameralara tuş gəlib. Aktyorun əynində pijama olması isə keçmiş heyranlarını xəyal qırıqlığına uğradıb. Nik Nolti bundan əvvəl də bir neçə dəfə Los-Anceles küçələrində pijamayla gəzərkən görüntülənib. Aktyorun ətrafdakılara saymazyana yanaşması, insanları vecinə almaması da gözdən yayınmayıb.