Avstraliya qaranlığa büründü

Avstraliyanın şərqində yerləşən Kvinslend ştatında şiddətli fırtına nəticəsində minlərlə insan işıqsız qalıb.

Sherg.az xarici media istinadən xəbər verir ki, Avstraliya Yayım Korporasiyası ABC-nin məlumatına görə, Meteorologiya Bürosunun (BOM) verdiyi açıqlamada, Yeni Cənubi Uelsin (NSW) şimalında, eləcə də Kvinslenddə təsirli olan fırtınanın güclü leysan və yağışlara səbəb olduğu bildirilib. Bəzi rayonlarda dolu yağıb.

Açıqlamada 57 mindən çox binanın və minlərlə insanın işıqsız qaldığı bildirilib.


Queensland əyalətində elektrik paylama xidmətləri göstərən Energex, iki saatda əyalətin cənubunda təxminən 151 min ildırım vurduğu məlumatını paylaşıb.

BOM-un baş meteoroloqu Felim Hanniffy mətbuata verdiyi açıqlamada, gecə boyu əyalətin İpsviç bölgəsi ətrafında 10 santimetrdən çox "böyük dolu" yağdığını söyləyib.