Keçmiş prezident Barak Obama sevimli filmlərini paylaşıb

ABŞ-nin keçmiş prezidenti Barak Obama 2023-cü ildə yayımlanan sevimli filmlərini sosial media izləyiciləri üçün paylaşıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, sənətə olan marağına görə hər il sevimli filmlərini, mahnılarını və kitablarını paylaşan ABŞ-nin keçmiş prezidenti Barak Obama 2023-cü il üçün bəyəndiklərini sıralayıb. Bu il ən çox sevdiyi filmləri paylaşan Obamanın siyahısına müxtəlif janrlarda çoxlu ekran əsərləri daxildir.

“Rustin” filmi Obamanın siyahısında birinci yerdədir. Rejissoru Corc C. Volf olan olan film 1963-cü ildə hüquq müdafiəçisi Bayard Rustinin həyatından bəhs edir. Rustin obrazını canlandıran amerikalı aktyor Kolman Dominqo roluna görə tənqidçilərdən tam qiymət alıb.
 Barak Obamanın digər favoritləri arasında Oppenheimer, Air, Past Lives və The Holdovers kimi filmlər var.