Fransa: "Biz Qəzzada insanların məcburi köçkünlüyünə dəstək verməyəcəyik"

Fransanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikolas de Riviere İsrailin Qəzza xalqını məcburi köçürməsinə dəstək verməyəcəklərini açıqlayıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi De Riviere, "İsrail rəsmiləri son vaxtlar Qəzzada fələstinlilərin "könüllü köçünü" dəstəkləyən açıqlamalar veriblər. Fransanı təmsil edərək fələstinlilərin məcburi köçünə münasibətiniz necədir?" sualına cavab verib:

"Fransa çox açıq şəkildə əhalinin məcburi köçkünlüyünə qarşıdır".
 De Riviere bunun həm ümumi, həm də Qəzza üçün keçərli olduğunu bildirib.
 "Biz Qəzzada insanların məcburi köçkünlüyünə dəstək verməyəcəyik. Fələstinlilər Qəzza zolağında yaşayırlar. Məqsədimiz fələstinlilərin burada təhlükəsiz və yaxşı şəraitdə yaşamağa davam etmələrini təmin etməkdir" .


Qəzzaya humanitar yardımla bağlı BMT Təhlükəsizlik Şurasında qəbul edilən qərarların hələ də yerinə yetirilmədiyini bildirən de Riviere daha sonra bele deyib:
 "Humanitar yardım məsələsi müharibənin bir əlamətidir. Əslində, siyasi məsələləri kökündən həll etməliyik. Növbəti mərhələyə keçmək üçün davamlı atəşkəs lazımdı. Mülki əhalinin qorunmasının vacibliyini vurğulayaraq, "Qəzzada 2 milyon terrorçu deyil, 2 milyon dinc sakin var. Terrorçuları hədəf almaq normaldır, ancaq mülki insanları hədəfə ala bilməzsiniz. Bombardmanlara son qoyulmalıdır"