İlon Maskın "Süni intellekt hamımızı öldürəcək" iddiası

Dünyanın ən zəngin adamı olan texnologiya milyarderi İlon Mask süni intellektin yaratdığı təhlükələrə diqqət çəkməyə davam edir.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Mask Süni İntellekt Təhlükəsizlik Sammitində süni intellektin gələcəkdə "hamımızı öldürəcəyi" iddialarını səsləndirib. Mütəxəssislərin fikrincə, hələlik bu iddialar üçün etibarlı sübut yoxdur.

Keçmiş Google işçisi Toju Duke isə bu iddialarla bağlı "Bu gün istifadə etdiyimiz süni intellekt botlarında bunu sübut edəcək heç bir əlamətlə qarşılaşmadım. Amma təbii ki, bu məsələ gələcəkdə potensial təhlükə yarada bilər" deyib.

Tesla və SpaceX-in baş direktoru Maskın qeyd etdiyi təhlükələrə insan hüquqlarının pozulması, məxfiliyin pozulması, müəllif hüquqları, dezinformasiya və kiberhücumlar daxildir.

Bəzi alimlər hətta süni intellektin bioloji və nüvə silahlarında potensial istifadəsindən narahatdırlar.

Hələlik süni intellektlə bağlı böyük qorxular sadəcə bədbinlikdir.

Mütəxəssislərin fikrincə, süni intellektlə bağlı narahatlığın səbəbi onun insan istifadəçiləri ilə qarşılıqlı əlaqəsindən yaranan, lakin yaradıcıları tərəfindən qəsdən proqramlaşdırılmamış və ya dizayn edilməmiş davranışıdır.

Süni intellektin “nəzarətsiz öyrənmə” təcrübələri əvəzinə “möhkəmləndirici öyrənmə” təcrübələri çərçivəsində inkişaf etdirilməsi lazımdır. Əks halda, onun müstəqil hərəkət etməsi və məqsədindən kənar işlər görməsi qaçınılmaz olacaq.