Ölümlə üz-üzə gələn 95 immiqrant xilas edilib

İzmirin Dikili və Karaburun rayonları sahillərində Yunan ünsürləri tərəfindən yenidən Türkiyə ərazi sularına çıxarılan xilasedici sal və rezin qayıqlarda olan 95 qeyri-qanuni immiqrant Sahil Mühafizə qrupları tərəfindən xilas edilib.
Sherg.az xəbər verir ki, Sahil Mühafizə Komandanlığı qrupları Dikili rayonu sahillərində xilasedici sal və rezin qayıqda bir qrup qeyri-qanuni immiqrantın olması barədə məlumat aldıqdan sonra hərəkətə keçib. Yunan ünsürləri tərəfindən yenidən Türkiyə ərazi sularına çıxarıldığı təsbit edilən təhlükədə olan miqrantlar, təyin olunmuş Sahil Mühafizəsinin qayıqları tərəfindən xilas edilib.

Qruplar, eyni gün saat 15.00 radələrində Karaburun mahalında iki can salında immiqrantların kömək istəməsi üzərinə bölgəyə gedib. Yenə yunan ünsürləri tərəfindən yenidən Türkiyə ərazi sularına itələndiyi təsbit edilən xilasedici sallardakı 33 immiqrant Sahil Mühafizəsi qayıqları tərəfindən xilas edilib.

Gəmidən endirilən immiqrantlar sağlamlıqları yoxlanıldıqdan və prosedurlardan sonra İl İmmiqrasiya İdarəsi Müdirliyinə göndərilib.