"Şalvarsız Metro Günü" qeyd olunub - FOTOLAR

2002-ci ildə Nyu - Yorkda başlayan və bütün dünyaya yayılan "Şalvarsız Metro Günü"  İngiltərənin paytaxtı Londonda qeyd olunub. Alt paltarında metroya minənlər çox əyləniblər.
Sherg.az xarici  mediaya istinadən xəbər verir ki, kişilər və qadınlar şalvarlarını çıxarıb alt paltarında metroda səyahət ediblər. COVİD epidemiyasından sonra ikinci dəfə keçirilən şalvarsız səyahət şənliyi əylənmək üçün keçirilib.

Tədbir zamanı gülüş və alqış sədaları eşidilib.

Tədbirin təşkilatçısı Londonda yerləşən “The Stiff Upper Lip Society”dir.

Bu maraqlı “challenge” tədbiri ilk dəfə 2002-ci ildə Nyu-Yorkda başlayıb və beynəlxalq fenomenə çevrilib.

Tədbirdə şalvarını çıxarıb yalnız alt paltarında qalan insanlar bir-birlərinə baxmadan normal şəkildə yollarına davam edirlər.



Londondan başqa Berlin, Lissabon, Tokio və Toronto da daxil olmaqla 60 şəhərdə “Şalvarsız Metro Günü” qeyd olunur.