İt əti qadağan olundu: HƏBS və ya 23 min dollar CƏRİMƏ

Cənubi Koreya it ətinin istehlakını qadağan edən qanun layihəsini qəbul edib. Milli Məclisdə keçirilən səsvermədə qanun layihəsinin əleyhinə səs verən olmayıb və layihə yekdilliklə 208 “hə” səsi ilə qəbul edilib. Bu qanun layihəsinin təsdiqi ilə 2027-ci ildən sonra ölkədə it ətinin yeyilməsi qadağan edilib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, qanun it inqrediyentləri ilə hazırlanmış və ya emal edilmiş qida məhsullarının paylanmasını və satışını qadağan edəcək.

İt əti və ya əlaqəli məhsulları istehlak edən müştərilər cəzalandırılmayacaq. Bu o deməkdir ki, qanun sektorda çalışanları hədəf alacaq.

Qanun layihəsinə görə, yemək üçün it kəsən hər kəsi 3 ilə qədər həbs və ya 30 milyon Koreya vonu və ya təxminən 23.000 ABŞ dolları məbləğində cərimələnə bilər.

Yemək üçün it bəsləyən və ya bilərəkdən itlərdən hazırlanan yeməkləri alan, saxlayan və ya satan şəxslər də daha aşağı cərimələr və həbs cəzaları ilə üzləşəcəklər.

Rəsmi statistikaya görə, 2005-2014-cü illər arasında paytaxt Seulda itlərə xidmət göstərən restoranların sayı azalan tələb səbəbindən təxminən 40 faiz azalıb.