Təyyarənin partlayan qapısından düşmüşdü: iPhone işlək vəziyyətdə tapıldı

Bu yaxınlarda Alyaska Hava Yollarına məxsus Boeing 737-Max 9 təyyarəsinin təcili çıxış qapısı 16 min fut yüksəklikdə uçuş zamanı partladı və Portlenddə təcili eniş etdi. 


Can itkisi olmayıb, təyyarədən düşən iPhone cihazı heç bir sınığı olmayan işlək vəziyyətdə tapılıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, cihazı tapan Seanathan Bates adlı ABŞ vətəndaşı səlahiyyətlilərə zəng edib və bu cihazın təyyarədən düşən ikinci telefon olduğu öyrənilib.

Bates,  "FOX 12"-yə verdiyi müsahibədə təyyarənin parçalarının Portlanddakı Sunset Transit Center ətrafına səpələndiyini və gəzinti zamanı iPhone cihazına rast gəldiyini bildirib:

"Gözlərimi dörd açaraq ətrafa boylandım və yolun kənarında kolluqda telefon gördüm. Kolların arasına  uzandım və telefonu götürdüm və onu götürəndə təyyarə rejimi aktiv idi, hələ də yarım şarj var idi " ..